Yaponiyada son sutkada koronavirusa 115 nəfər yoluxub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Yaponiya hökuməti yayıb.
Bildirilib ki, son sutkada 13 nəfər koronovirusun qurbanı olub. Bununla da qurbanların sayı 579-a çatıb. 313 pasiyentin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusa 16 030 yoluxma hadisəsi qeydə alınıb. 5 238 pasiyent sağalaraq evə buraxılıb.