Müğənni İzzət Bağırov ARB telekanalında yayımlanan"Söhbət var" verilişində qonaq olub.
O, müğənnilər haqda yazılan tənqidlərə cavab verib: "2 aydır məni ən çox əsəbiləşdirən söz budur: Xalqın pulu ilə adam olmusunuz. Toyda oxumağımızın, zəhmətimiz müqabilində pul alırıq. Yanvar-fevralda hər müğənininin iki-üç toyu olub. Demək olar ki, yox səviyyəsindədir. Martın 14-dən sonra işləmirik. İndi də Ramazan ayıdır. Məsləhət olsa, icazə verilsə, ayın 24-dən sonra toy ediləcək. Toy olsa da iki ay çəkəcək və yenə Məhərrəmlik ayı girəcək. Müğənnilər çox qınanılır”.
İzzət həmçinin aztəminatlı ailələrə yardım edən müğənnilər barədə də danışıb: “Yardıma gedənlər də müğənnilər oldu. Söyülən də, təhqir olunan da. Mən başa düşə bilmirəm niyə ancaq müğənnilər? Kim əsəbiləşirsə, girir müğənnini sosial şəbəkədə təhqir edir”.
Yenisabah.az