Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı 184-ə çatıb.
Bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.
Onun sözlərinə görə, son 24 saat ərzində Tetritskaro rayonunda COVID-19-a iki, Bolnisidə isə bir yeni yoluxma halı təsdiqlənib.
Qubernator Rustavidə 9, Marneulidə isə 22 yoluxma halının qeydə alındığını deyib./Report