Ukraynada daha 418 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 12 331-ə çatıb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 15 nəfər artaraq 303 nəfərə yüksəlib.
İndiyədək Ukraynada 1 619 nəfər koronavirusdan sağalıb/Report.