Gürcüstanda koronavirusa 4 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 593-ə çatıb. Onların 223-ü sağalıb, 9-u isə ölüb.

Hazırda ölkə üzrə karantində 4 830, stasionar nəzarətdə isə 521 nəfər saxlanılır/Report.