İspaniyada ötən sutka ərzində daha 164 nəfər koronavirusdan ölüb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 264-ə çatıb. Bundan başqa, yoluxma hallarının sayı da 838 artaraq 217 466-ya yüksəlib.
Ölkədə müalicə alan 118 902 koronavirus daşıyıcısı sağalaraq evə buraxılıb/Report.