Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən komissiyanın elan etdiyi müsabiqəyə 13 vakansiya təqdim edib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, bu vakant yerlərə Məxfi şöbədə aparıcı məsləhətçi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələr ilə iş sektorunda baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, fondun Sahibkarlığın inkişafı sektorunda aparıcı məsləhətçi, məsləhətçi, eyni zamanda RİTN-in Elektron Təhlükəsizlik Mərkəzində baş məsləhətçi - kadrlar üzrə, mərkəzin Əməliyyat sektorunda baş məsləhətçi, məsləhətçi, Analiz və məsləhət sektorunda aparıcı məsləhətçi, məsləhətçi, həmçinin, Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, məsləhətçi vəzifələri daxildir.