Ermənistanda daha 125 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 273-ə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 33 nəfər ölüb.
Bundan başqa, indiyədək 1 010 nəfər koronavirusdan sağalıb/Report.