Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.
Bu barədə Mia.az-a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinə rəhbərliyi Eldar Quliyev edəcək.
Nümayəndə heyətinin tərkibinə isə Musa Quliyev, Eldar İbrahimov, Ramin Məmmədov, Elşad Mirbəşir, Jalə Əhmədova daxil edilib.