İranda daha 71 nəfər koronavirusdan ölüb.
Mia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da ölkədə infeksiyadan ölənlərin sayı 5877 nəfərə çatıb: "Daha 1112 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 92584 nəfərə çatıb. Bu günə qədərsə 72439 nəfər koronavirusdan sağalıb".