Rusiyada 394 hamilə koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin mamaçılıq və ginekologiya üzrə mütəxəssisi Leyla Adamyan bildirib.

Onun sözlərinə görə, həmin qadınların 276-sı Moskvadadır və səhhətləri ağır deyil.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 87 147 nəfərə çatıb. Ölkədə qurbanların sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib/Report.