Türkiyənin Bayburt şəhərində qocalar evində 35 nəfərdə koronavirus tapılıb.
Türkiyə mətbuatı xəbər verir ki, 27-i qocalar evinin sakini, 8-i tibbi personal olmaqla ümumilikdə 35 nəfərin Covid-19 test nəticəsi pozitiv çıxıb.
Mövzuyla əlaqədar Bayburt Valiliyi açıqlama verərək lazımi tədbirlərin görüldüyünü bildirib.
Xatırladaq ki, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) dünyada COVID-19 ölümlərinin yarısının qocalar evində qeydə alındığını açıqlamışdı.
Koronavirus səbəbilə Türkiyədə ölənlərin sayı 2 805 nəfərə, yoluxanların sayı isə 110 130 nəfərə çatıb/Report.