Rusiyada son bir gündə 50 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumatları açıqlayıb.

Bildirilib ki, ötən 24 saatda daha 6198 nəfərə koronavirus diaqnozu qoyulub: "Bununla da Rusiyada yoluxanların sayı 87147 nəfərə, ölənlərin sayı isə  794-ə çatıb. İndiyə qədər isə 7346 nəfər sağalıb".