Gürcüstanda koronavirusa 29 yeni yoluxma halı qeydə alınıb, bir nəfər isə ölüb.
Bu barədə Tbilisinin 1 saylı Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı 6-ya çatıb.
Bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 485-ə çatıb. Həmin şəxslərin 139-u sağalıb, 6-sı isə ölüb.
Karantində 4 928, stasionar nəzarətdə isə 522 nəfər saxlanılır/Report.