Türkiyədə son sutkada daha 106 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Koca açıqlayıb.

Nazir bildirib ki, son 24 saat ərzində Türkiyədə daha 3845 xəstə sağalıb: "Bununla da sağalanların sayı 25 min nəfəri keçdi. Təəssüf ki, bu gün daha 106 xəstəmizi itirdik.  Bununla da ölənlərin sayı 2706-ya yüksəldi".

Nazir qeyd edib ki, koronavirusa yoluxanların sayı da artıb: "Bu gün yoluxanların sayı 2861 nəfər artaraq, Türkiyə üzrə 107773 oldu".