Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 813 nəfər artıb.

Bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 20 319 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 913 nəfər artaraq 148 377 nəfərə çatıb/Report.