“Keçən dəfə deputat köməkçilərinin təsdiq olunmaması ilə bağlı məsələ qaldırılmışdı”.
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin Sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, deputatlardan 3-ü (Cəbi Quliyev, Ülvi Quliyev və Aydın Hüseynov) köməkçisinin sənədlərini təqdim etməyib: “Onlar da sənədlərini təqdim edəndən sonra bu məsələ öz həllini tapacaq".