Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq üzrə Xarici İşlər Şurası qeyri-rəsmi videokonfrans keçirib.

 İclasda Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinə COVID-19 pandemiyası ilə mübarizədə dəstək verilməsi və qarşıdakı “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıqlarla bağlı məsələlər müzakirə olunub.

Nazirlər COVID-19 pandemiyasına beynəlxalq reaksiya ilə əlaqədar vəziyyətin inkişafını və Liviyadakı durumun pisləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Aİ-nin koronavirusun yayılmasına, eləcə də onun fəsadlarına qarşı mübarizədə şərq qonşuları ilə həmrəyliyinə dəstək ifadə edilib.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə- Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir./Report