Ermənistanda daha 73 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 596-ya çatıb. 27 nəfər ölüb.
Bildirilib ki, indiyədək 728 nəfər virusdan sağalıb.