İranda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bağlanan park və bağçalar 1 aydan sonra yenidən açılır.
“Report” IRNA-ya istinadən xəbər verir ki, parklar ilkin olaraq paytaxt Tehranda açılılıb.
“Koronavirus artıq azalmağa doğru gedir. Bu da görülən tədbirlərin önəmi və xalqın həmrəyliyinin göstəricisidir”, - daxili işlər nazirinin müavini Hüseyn Zülfiqari bildirib.