Bu gün Ali Məhkəmənin Plenumunda hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılıb.
Mia.az xəbər verir ki, Plenumun qərarına əsasən, Ali Məhkəmənin Plenumu yeni açılmış hallarla bağlı Rəsul Cəfərovun barəsində qəbul edilən məhkəmə qərarlarını ləğv edərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57 400 manat kompensasiya təyin edib.
Qeyd edək ki, bu gün İlqar Məmmədovun haqda da belə oxşar qərar verilib.