Gürcüstanda koronavirusa yoluxanların sayı 4 nəfər artaraq 420-yə yüksəlib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların 107-si sağalıb, 5-i isə dünyasını dəyişib.

Karantində 5 223, stasionar nəzarətdə isə 584 nəfər saxlanılır/Report.