Gürcüstanda koronavirusa yoluxanların sayı 416-ya çatıb.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, virusa yoluxan pasiyentlərin 105-i sağalıb.

Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirusdan beş ölüm halı baş verib/Report.