Böyük Britaniyada son sutkada 759 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

 Bildirilib ki, bununla da ölkədə ölənlərin sayı 18 100-ə çatıb.

Məlumata görə, krallıqda daha 4 451 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 133 495-ə yüksəlib.