Belçikada daha 933 nəfərdə koronavirus infekiyası aşkarlanıb.
Bunu ölkənin Federal İctimai Səhiyyə Xidməti açıqlayıb.
Ölkədə virusa yoluxma hallarının sayı 41 889-a yüksəlib.
Bundan başqa, ötən sutkada krallıqda 266 nəfər koronavirusun qurbanı olub. Ümumilikdə ölənlərin sayı isə 6 262-yə çatıb.
Qeyd edək ki, Belçika əhalisinə görə koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Müqayisə üçün dünyanın ən sıx əhalisinə sahib Hindistanda yoluxma faktlarının sayı iki dəfə azdır – 20 178.
Report