İranda daha 94 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin məlumatına əsasən, bununla da ölkədə ölənlərin sayının 5391 nəfərə çatıb: "Ötən sutkada daha 1194 nəfərdə koronavirus aşkarlanıb. Bununla da infeksiya daşıyıcılarının sayı 85996 nəfərə çatıb. Bu günədk isə 63113 nəfər sağalıb".