Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 17 nəfər artaraq 1552-ə çatıb.

Mia.az xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilir ki, epidemiyanın yayıldığı tarixdən bu günə kimi ölkədə 42 min 213 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1289 nəfərdən götürülən analizlərin 17-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 43 ölüm faktı qeydə alınıb.