İranda daha 88 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, bununla da ölkədə virusdan ölənlərin ümumi sayı 5297 nəfərə çatıb:

"Ötən gün ərzində daha 1297 nəfərdə koronavirus aşkarlanıb. Bununla da infeksiya daşıyıcılarının sayı 84 802 nəfərə çatıb. Eyni zamanda, 60965 nəfərin koronavirusdan sağalıb."