İspaniyada ötən sutka 430 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 282-yə çatıb.

Bundan başqa, ölkədə daha 3 968 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 204 178-ə yüksəlib.