Ukraynada son sutka ərzində daha 415 nəfər koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynada koronavirusa yoluxanların sayı 6125 nəfərə yüksəlib: "Ümumilikdə 367 nəfər sağalıb, 161 nəfər vəfat edib".