Gürcüstanda daha altı nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 408-ə çatıb. Onların 95-i sağalıb, 4-ü isə dünyasını dəyişib.

Hazırda karantində 4 779, stasionar nəzarətdə isə 561 nəfər saxlanılır/Report.