Türkiyədə daha 131 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.

O bildirib ki,  bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2148 nəfərə çatıb: “Bu gün daha 42900 test aparılıb. Nəticədə daha 3690 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Bununla da yoluxanların ümumi sayı 89996 nəfərdir".

Nazirin sözlərinə görə, bu gün, eyni zamanda, daha 1680 nəfər sağalıb: "Bununla da sağalanların ümumi sayı 13 656 nəfərə yüksəlib".