Bu gün saat 17 radələrində Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli Xətai rayonu 34-cü polis bölməsinə çağırılıb.
Musavat.com-un verdiyi məlumata görə, onlar partiya funksionerinin bölməyə çağırılmasına səbəb olaraq, sentyabrın 29-da Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin "Bakı" kinoteatrında gənclərlə görüşü zamanı yaranmış insidenti göstəriblər.
Mövzuya dair əlavə məlumat veriləcək.