Ukraynada daha 261 nəfərdə koronavirus aşkarlanıb.
Mia.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı isə 5 710-a çatıb.
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 10 nəfər artaraq 151 nəfərə yüksəlib.
Bildirilir ki, indiyədək 359 nəfər koronavirusdan sağalıb.