Gürcüstanda daha 86 nəfər koronavirusdan sağalıb.

Bu barədə xəstəliyin monitorinqi üzrə xüsusi saytda bildirilir.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 394 nəfərə çatıb. 

"Təsdiq edilmiş yoluxma halları 394-dür, onlardan 86-sı sağaldı”, - deyə saytda bildirilir. Hazırda 5 094 nəfər karantin rejimində, 547 nəfər həkim müşahidəsi altındadır.

Gürcüstanda koronavirusdan ölənlərin hamısı yaşı 70-dən çox olan ahıllardır/Report.