İspaniyada ötən sutkada 565 nəfər koronavirusdan dünyalarını dəyişib.

Mia.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 20 043-ə çatıb.

Bundan başqa, ölkədə daha 4 449 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 191 726-ya yüksəlib.