“Pandemiyanın hazırkı yayılma tempi dəyişməsə, Ermənistanda mayın 21-dək koronavirusa yoluxma faktlarının sayı 5 minə çata bilər”.
“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.
Qeyd edək ki, aprelin 18-nə olan məlumata görə, ölkədə koronavirusa yoluxma faktlarının sayı 1 248-dir, COVID-19-dan ölənlərin sayı isə 20 nəfərə çatıb.