Almaniyada daha 242 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bildirilib ki, Almaniyada pandemiya qurbanlarının sayı 4 110-a yüksəlib.

Məlumata görə, ötən sutka ərzində ölkədə 3 609 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, ölkədə qeydə alınmış yoluxmaların sayı 137 439-a çatıb.