İsraildə son sutkada koronavirusdan daha 8 nəfər ölüb, 264 nəfər isə virusa yoluxub.

Məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Ölkə üzrə ümumilikdə 12 855 yoluxma və 148 ölüm faktı qeydə alınıb. Ölənlər 37-98 yaş arasındadır. 2 967 pasiyent sağalıb.

Qeyd edək ki, aprelin 16-dan yaşayış yerini tərk etməməklə bağlı ümumi qadağa ləğv olunub. Məhdudiyyətlə ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Aprelin 19-da ümumi karantinlə bağlı yeni qaydaların elan ediləcəyi gözlənilir.