İranda daha 89 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə ölənlərin ümumi sayı 4958 nəfərə yüksəlib:

"Ötən gün daha 1606 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 79 494 nəfərə çatıb. 54064 nəfər isə koronavirusdan sağalıb"