Rusiyada son sutka ərzində daha 4069 nəfər koronavirusa yoluxub.
Mia.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 32 007 nəfərə çatıb.
Son sutka ərzində 41 nəfərin öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 273-ə çatıb. Sağalanların sayı 2590 nəfərdir.