"Rembo: Birinci qan" filmində polis şerifi rolunu oynayan Amerika aktyoru Brayan Dennexi vəfat edib.

Bu barədə "Variety" nəşri məlumat yayıb. 

Qeyd edilir ki, o, 81 yaşında dünyasını dəyişib. Brayan Dennexinin yaxınları bildirib ki, aktyor cümə axşamına keçən gecə dünyasını dəyişib. Ölümün təbii səbəbdən baş verdiyi bildirilir. Qeyd edilir ki, bunun koronavirusla əlaqəsi yoxdur/Report.