Türkiyədə daha 125 nəfər koronavirusdan vəfat ediblər.
Mia.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 643 nəfərə çatıb: "Bu gün 40427 test keçirilib, 4801 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 74193 nəfərdir. Bu gün daha 1 415 xəstəmiz sağalıb".