ABŞ-da son bir gündə 4 934 nəfər koronavirusdan vəfat edib. 

Mia.az "CNN Türk"ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 990 nəfərə çatıb. 

Bildirilib ki, ABŞ-da daha 30 048 nəfərə koronavirus diaqnozu qoyulub və infeksiya daşıyıcılarının sayı 639 733-ə yüksəlib. 

Eyni zamanda indiyədək 52 739 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.