Bu gecə Çempionlar Liqasının qrup mərhələsində E, F, G və H qruplarında qarşılaşmalar keçiriləcək. 

E qrupunda "Şalke" səfərdə "Bazel"in, "Çelsi" isə "Styaua"nın qonağı olacaq. F qrupunun liderləri "Arsenal" və "Napoli" Londonda görüşəcəklər. Digər oyunda "Borussiya" (Dortmund) klubu "Marsel"i qəbul edəcək.

G qrupunun "Zenit" (Rusiya) - "Avstriya" (Avstriya) matçı daha tez Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu səfərdə "Porto" ilə üz-üzə gələcək. H qrupunda "Barselona" səfərdə "Seltik"lə qarşılaşacaq. Digər matçda "Ayaks" isə doğma meydanda "Milan"la münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, II turun qalan 8 görüşü, o cümlədən "Qalatasaray"la "Yuventus"un İtaliyadakı qarşılaşması da sabah axşam keçiriləcək.