Rumıniya futbolunun canlı əfsanəsi George Hacı "Qalatasaray"ın təklifini rədd etməsinin səbəblərini açıqlayıb.
Ölkəsinin mətbuatına danışan Hacı bunu münasib zamanın olmaması ilə əlaqələndirib:
"Təklifi rədd etdim. Çünki həm mənim, həm də "Qalatasaray" üçün uyğun zaman deyildi. Təbii ki, mövsümün əvvəlində "Qalatasaray"a getməyim yaxşı olardı. Ancaq "Cim Bom" artıq yeni layihəsinə start vermişdi. Başlamış bir layihədə yer ala bilməzdim. Hərçənd çalışdırmaq istədiyim iki komanda var idi. Biri "Qalatasaray", digəri milli komanda. Ancaq dediyim kimi bu vəzifəyə yarı yoldan başlamaq istəmədim".
Qeyd edək ki, məşqçilik karyerasında iki dəfə "Qalatasaray"ı çalışdıran Hacı komandada uğur qazana bilməyib.
Hacı: "Qalatasaray"ın təklifini rədd etdim, çünki..."
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11