İranda daha 92 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4869 nəfərə yüksəlib: "Eyni zamanda, son sutkada daha 1606 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 77 995 nəfərə çatıb. 52229 nəfər isə koronavirusdan sağalıb".