Fransada bir gündə 1438 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, ölkədəki xəstəxanalar, tibbi və sosial təşkilatlarda olan 17167 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.
Onun sözlərinə görə, Fransada virus daşıyıcılarının sayı isə 106 206 nəfərə çatıb.