İranda daha 94 nəfər koronavirusdan ölüb.
Mia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə infeksiyadan ölənlərin sayı 4777 nəfərə çatıb: "Bununla yanaşı, daha 1512 nəfərdə koronavirus aşkarlanıb. Hazırda ölkə üzrə 76389 infeksiya daşıyıcıları var. İndiyədək isə 49933 nəfər koronavirusdan sağalıb".