Rusiyada son bir gündə 3 388 nəfərə koronavirus yoluxub, daha 28 nəfər ölüb.

Mia.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 24 490 nəfərə, ölənlərin sayı 198-ə, sağalanların sayı isə 1 986 nəfərə çatıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 774.